www.science.az
11.01.2017 11:41

Geologiya və Geofizika İnstitutunun alimlərinin AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi irəli sürülüb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrlik etdiyi tədbirdə şura üzvləri əvvəlcə geologiya üzrə fəlsəfə doktoru Fikrət Matanovu 85, akademik Hətəm Quliyevi 70 illik yubileyləri münasibəti ilə təbrik ediblər.

Sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə olan vakant yerlərə institutun iki əməkdaşının namizədliyi müzakirə olunub. 

Qeyd edək ki, 14 dekabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilər elan edib. “AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq, elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

İclasda Geologiya və Geofizika İnstitutunun alimləri – AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin AMEA-nın həqiqi üzvlüyünə, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun isə AMEA-nın müxbir üzvlüyünə namizədlikləri irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.