Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni maddi mədəniyyət nümunələri daxil edilib
11.01.2017 09:38
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni maddi mədəniyyət nümunələri daxil edilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fonduna təsadüfi tapıntılar nəticəsində əldə olunmuş 7 ədəd saxsı qab daxil edilib. Tapıntılar 2016-cı ildə Qobustan rayonunda Qurbançı kəndinin ərazisində aparılmış kanal qazıntısı zamanı aşkar edilib.

Tapıntıların hamısı məişətdə istifadə olunmuş mətbəx və süfrə qablarıdır. Saxlanma vəziyyətlərinə görə dördü natamam, üçü tamdır. Qablar muzeyin Arxeologiya fonduna təhvil verilib. Tapıntılar hazırlanma formasına və bədii tərtibatına görə Xınıslı abidəsinin həmdövr qabları ilə oxşarlıq təşkil edirlər.

Tapıntıların e.ə. IV-II əsrlərə aid olması ehtimal edilir. Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olan tapıntılar, həmin dövrdə dulusçuluq sənətinin inkişaf səviyyəsi haqqında dolğun təssəvvür yaradırlar. Əldə olunmuş qablar Qafqaz Albaniyası əhalisinin məişətini və bədii zövqünü özündə əks etdirən məxəz kimi də çox dəyərlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: