www.science.az
13.02.2014 00:00

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi-müəssisə və təşkilatlarında viki-qrupların təşkili istiqamətində qarşıya qoyulan məqsədlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Vikipediya İnternet portalında Azərbaycanın qədim tarixi, mədəni irsi və arxeologiyası barədə məlumatların düzgün və əhatəli şəkildə yerləşdirilməsinin zəruriliyi müzakirə olunub.

İnstitutda viki-mühitin Azərbaycan arxeologiyası və etnoqrafiyası ilə bağlı hissəsinin zənginləşdirilməsi, onların qorunması və inkişafı məqsədi ilə İşçi Qrupu yaradılıb. İşçi Qrupu AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli ““Wikipedia” ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” Qərarına əsasən yaradılıb.

İşçi Qrupu tərəfindən viki-mühitdə yer alan arxeoloji və etnoqrafiya sahəsinə aid materiallar nəzərdən keçiriləcək, mütəmadi olaraq Azərbaycan arxeologiyası və etnoqrafiyasında olan elmi nailiyyətlər, arxeologiyanın görkəmli şəxsiyyətləri, onların əsərləri və arxeoloji abidələr haqqında məlumatlar “Wikipedia” ensiklopediyasına yerləşdiriləcəkdir.

Qeyd edək ki, “Wikipedia” ensiklopediyasında son zamanlar Azərbaycan axeologiyası ilə bağlı bir sıra həqiqətə uyğun gəlməyən materiallar yer alıb. İşçi Qrupu bu cür yalan məlumatların qarşısını almaq, doğru və dolğun elmi məlumatların yerləşdirilməsi, elmi nailiyyətlərin dünya və Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində işlər görəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.