www.science.az
10.01.2017 11:08

Polimer Materialları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA Polimer Materialları İnstitutunda (PMİ) yanvarın 9-da “Makromolekullar kimyası” və “Üzvi kimya” ixtisasları üzrə doktoranturaya qəbul imtahanı  keçirilib.

Qeyd edək ki, PMİ-də 2016-2017-ci tədris ili üçün fəlsəfə doktorluğu hazırlığı üzrə bu ixtisaslardan doktoranturaya qəbul üçün 2 yer ayrılıb.  İmtahanın bitdikdən sonra nəticələri açıqlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.