www.science.az
10.01.2017 08:57

Q.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında aqrar elmin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 yanvar 2017-ci il.