Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.01.2017 12:59
  • A-
  • A
  • A+

Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

Yanvarın 9-da I Fəxri xiyabanda mərhum Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub. 

Elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anma mərasimində Milli Məclisin mədəniyyət komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. O, Prezident İlham Əliyevin şairə xüsusi qayğısının və ehtiramının olduğunu bildirib, dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini deyib. Akademik R.Hüseynov qeyd edib ki, şairin xatirəsinə ucaldılmış abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.

Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhhərəmov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca və başqaları Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər. Onun son anadək qələmi yerə qoymadığını və yazdığı şeirlərin hər zaman aktual olduğunu söyləyiblər.

Vurğulanıb ki, Zəlimxan Yaqub qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: