Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti seminar keçirildi
04.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti seminar keçirildi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ənənəvi elmi seminarların növbəti məşğələsi keçirildi.

Muzeyin “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Leyla Rəfiyeva “Divan ədəbiyyatı muzeyi və ya Qalata mövləvixanası” adlı məruzə ilə çıxış etdi. Maraqlı şifahi ekskursla dinləyicilər bəhs edilən muzeyin quruluşu, strukturu ilə bərabər həmçinin, mövləvilik təriqəti, onun tarixi, təkkələri, zikr və dövran ayinləri, çoxmənlı ayin rəqsləri, bu təriqətin fəlsəfəsi, simvolikası haqqında da geniş məlumat əldə etdilər.

Məruzəçi İstanbulun ən qədim mövləvixanası olub Divan Ədəbiyyatı Muzeyi kimi tanınan məşhur Qalata mövləvixanasının tarixindən bəhs edərkən bu abidənin hələ Bizans imperatorluğu zamanında Müqəddəs Teodor kilsəsi olduğunu, 1491-ci ildə Osmanlı İmperatorluğu zamanında isə mövləvixanaya çevrildiyini qeyd etdi.

Seminar məşğələsi muzeyin əməkdaşları - filologiya elmləri doktoru Xatirə Bəşirli, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva, Tutu Məmmədova, Nəzmiyyə Yigitoğlu, Təbəssüm Muxtarovanın mövzu ilə bağlı müzakirələri ilə davam etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: