Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.12.2016 15:51
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Birləşmiş Millətlərin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin ordeni ilə təltif edilib

Azərbaycanlı alim Birləşmiş Millətlərin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin ordeni ilə təltif edilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyev Birləşmiş Millətlərin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin “Vəzifə və Şərəf” ordeni ilə təltif edilib.

Alim bu mükafata elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, S.Tağıyev 200-dən çox elmi məqalənin, 10 kitabın müəllifi, həmçinin “Xalqın nüfuzlu ziylalısı” mükafatı laureatıdır. O, bir sıra beynəlxalq və yerli elmi konfrans və simpoziumlarda ölkəmizi təmsil edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: