www.science.az
13.02.2014 00:00

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib.

İclasda f-r.e.d.Varqa Kələntərova professor elmi adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib. Bundan başqa, elmər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib.

“Azərbaycan” qəzetində 25 yanvar tarixində dərc edilmiş elana əsasən Elmi Şura üzvləri institutun direktoru vəzifəsinə namizədlərini irəli sürüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.