Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb
28.12.2016 15:13
  • A-
  • A
  • A+

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında Şərqşünaslıq İnstitutunun müstəqillik illərindəki fəaliyyətindən bəhs olunur. Həmçinin görkəmli şərqşünas akademik Əbdülkərim Əlizadəyə həsr olunmuş məqalələr yer alıb.

Oxuculara şərq ədəbiyyatına, dillərinə, ictimai fikrinə dair “Şəhriyarın farsdilli poeziyada yeri”, “Haldun Tanerin hekayə yaradıcılığı”, “Qarabağ faciələri Cənubi Azərbaycan ədəbiyyatında”, “Çin dilçiliyi tarixindən” məqalələri təqdim olunur.

Jurnalda müasir Şərqdə gedən proseslərə həsr olunmuş yazılar dərc edilib. Həmçinin institutda nəşr olunan yeni kitablar və keçirilən tədbirlər barədə xəbərlər verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: