www.science.az
05.02.2014 00:00

“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin yeni direktoru təyin olundu

 

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Şirindil Alışanlı “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Alışanlının səlahiyyətinə onun öz xahişi əsasında xitam verilib.

AMEA Rəyasət Heyətinin digər bir qərarı ilə bu vəzifəyə Hafiz Abıyev təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.