Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın Naxçıvan Bölməsində aparılan elmi-tədqiqat işləri qonaqların marağına səbəb olub
19.12.2016 15:20
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində aparılan elmi-tədqiqat işləri qonaqların marağına səbəb olub

Gəncə Dövlət Universitetinin kafedra müdiri, professor Şahin Tağıyev və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun bir qrup əməkdaşı AMEA Naxçıvan Bölməsində olublar.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqlara bölmənin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri ilə bağlı ətraflı məlumat verərək, aparılan araşdırmaların əhəmiyyətindən söz açıb.

Nümayəndə heyəti bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində və Təbii Ehtiyatlar İnstitutunun Sesmoloji xidmət şöbəsində olublar. Qonaqlara muzeydə 2012-2016-ci illərdə bölgənin müхtəlif ərаzilərindən, о cümlədən dünya əhəmiyyətli abidə olan Gəmiqaya, Оğlаnqаlа, Оvçulаrtəpəsi, Meydаntəpə, Хаrаbа Gilаn, Şahtaxtı, Sədərək, Maxta Kültəpəsi və Duz dağ kimi qədim yаşаyış yerlərində аpаrılаn аrхeоlоji qаzıntılаr nəticəsində əldə edilən mаddi-mədəniyyət nümunələri barədə məlumat verilib. Həmçinin bölmədə yeni yaradılan informasiya-kommunikasiya otağı və Seysmoloji xidmət şöbəsinin fəaliyyəti ilə bağlı məlumat qonaqların diqqətinə çatdırılıb.

Səfər çərçivəsində nümayəndə heyəti bölmə əməkdaşlarının müxtəlif illərdə çap olunan elmi əsərlərindən ibarət sərgi ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: