Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Nərgiz Paşayeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın irsinin toplandığı kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib
11.02.2014 00:00
  • A-
  • A
  • A+

Professor Nərgiz Paşayeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın irsinin toplandığı kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya üzrə elmlər doktoru, professor Aida İmanquliyevanın irsinin toplandığı kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə edib.

Professor Aida İmanquliyevanın Mərkəzi Elmi Kitabxananın fonduna təqdim olunmuş irsinə onun qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabı, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsi və “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının materiallarının dərc edildiyi kitabları daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: