www.science.az
11.02.2014 00:00

“Yüksək texnologiyaların materialı - Qrafen. Xassələri, tətbiqləri” mövzusunda seminar keçirilib

AMEA Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Yüksək texnologiyaların materialı - Qrafen. Xassələri, tətbiqləri” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Suma Hüseynova seminarın məqsədinin gənc tədqiqatçıların fizika elminin nanotexnologiya sahəsindən məlumatlı olmalarını və bu sahədə elmi biliklərini genişləndirməyi təmin etməkdən ibarət olduğunu bildirib.

Mövzunun aktuallığından söz açan məruzəçi - innovasiya sektorunun professoru Hüseyn Orucov karbonun çoxatomlu təbəqəsi olan qrafen haqqında məlumat verib. Bildirilib ki, təbiətdə ən nazik və ən möhkəm material olan qrafen 2004-cü ildə britaniyalı fiziklər A.Geyn və K.Novoslov tərəfindən kəşf olunub. 2010-cu ildə isə alimlər bu ixtiralarına görə Nobel mükafatına layiq görülüblər. H.Orucov qeyd edib ki, 2013-cü ildə qrafenin xassələrini tədqiq etmək məqsədilə İsveçin Çalmers Universitetinin professoru Jare Kenareteyə qrant layihəsi çərçivəsində bir milyard avro ayrılmışdır.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.