www.science.az
10.02.2014 00:00

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi seminar keçirilib

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) növbəti elmi seminar keçirilib.

Seminarda İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Fənlərarası yanaşma və fənlərarası metodologiya: formalaşma prosesinin mürəkkəblikləri” adlı məruzə ilə çıxış edib. Hazırda dünyanın müxtəlif ölkələrində fənlərarası metodologiyanın bir neçə variantı üzərində iş aparıldığını bildirən məruzəçi mürəkkəblik epistemologiyası, mühiti yanaşma və başqa metodoloji təlimlər ilə bağlı müəyyən tezislər irəli sürdüyünü qeyd edib. F.Qurbanov fənlərarası metodologiyanın formalaşmasının bir sıra mürəkkəb aspektlərinin olduğunu da vurğulayıb.

Mövzu ilə bağlı müzakirələrdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru Bəhram Zahidov, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadə, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova iştirak ediblər.

Seminara yekun vuran FSHİ-nin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə müzakirə edilən mövzuya dair müxtəlif fikirlərin olduğunu və alternativ metodoloji yanaşmalara yer ayırmağın vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.