Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin Ev Muzeyində BDU-nun tələbələri üçün açıq dərs keçirilib
06.12.2016 16:13
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində BDU-nun tələbələri üçün açıq dərs keçirilib

Türkiyənin Mərmərə Universitetinin alimi Mehdi Gəncəli Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya ixtisası üzrə 4-cü kurs  tələbələrinə AMEA Hüseyn Cavidin Ev Muzeyində açıq dərs keçib.

Öncə dahi şair Hüseyn Cavidin və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində muzeyin fəaliyyəti barədə tələbələrə məlumat verilib.  

Açıq dərs muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının təşəbbüsü ilə baş tutub.

Dərs zamanı M.Gəncəli Hüseyn Cavidin həyat yolu, şairin böyük fəlsəfi məna kəsb edən dram əsərləri və şeirlərini təhlil edib. Dahi dramaturqun dünyagörüşünün formalaşmasında və türkçülük ideyalarının təbliğində 1906-1909-cu illərdə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində  təhsil aldığı müddətdə Rza Tofiq və digər böyük mütəfəkkirlərin təsirindən və yaşadığı mühitin mühüm rolundan danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: