Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanlı fiziklər İtaliyada elmi ezamiyyətdə olacaqlar
06.12.2016 14:41
  • A-
  • A
  • A+

Azərbaycanlı fiziklər İtaliyada elmi ezamiyyətdə olacaqlar

AMEA-nın Biofizika İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov, Fizika İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Ənvər Nəhmədov və həmin institutun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rasim Aslanov 13-20 dekabr 2016-cı il tarixlərində İtaliya Respublikasına ezam olunacaqlar.

Səfər çərçivəsində alimlərimiz AMEA-CNR (İtaliya) əməkdaşlığı çərçivəsində keçirilən müsabiqədə qalib olmuş “Biomaterialların struktur və fotofiziki xüsusiyyətlərinin işıqlandırılmasına yönəlmiş EPR, FT-IR, Konfokal Raman və NMR spektroskopiyalar” qrant layihəsi üzrə keçiriləcək müzakirələrdə iştirak edəcək və məruzə ilə çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: