Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.02.2014 00:00
  • A-
  • A
  • A+

Mərhum akademik Mahmud Kərimovun xatirəsi anıldı

Mərhum akademik Mahmud Kərimovun xatirəsi anıldı

AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun vəfatından bir il ötür.

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyanın həqiqi və müxbir üzvləri, elmi-tədqiqat institutlarının nümayəndələri, tanınmış elm xadimləri və ziyalılar Fəxri Xiyabanda Mahmud Kərimovun məzarını ziyarət etdilər, görkəmli alimin qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoydular.

Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi daim onu tanıyanların qəlbində yaşayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: