Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2016 15:27
  • A-
  • A
  • A+

AMEA-nın Botanika İnstitutunda maarifləndirici seminar keçirilib

AMEA-nın Botanika İnstitutunda maarifləndirici seminar keçirilib

AMEA Botanika İnstitutunda “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov institutun alim və mütəxəssislərini elmi tədqiqat işlərinin hazırlanması zamanı “Web of Science” və “Scopus” kimi qlobal məlumat bazalarının imkanları və əsas elementlərindən səmərəli istifadə qaydaları ilə tanış edib.

Seminarda qlobal elmi bazaya çıxış təmin edən “Web of Science” Məlumat Platformasına daxil olan aparıcı beynəlxalq elmi nəşrlərin seçilməsi qaydaları izah edilib. AMEA-nın elmi müəssisələri, o cümlədən Botanika İnstitutu üçün də istfadəyə açıq olan “Web of Science” saytında və elmi istinadların məlumat bazası axtarış vasitələrindən səmərəli istifadə yolları əyani olaraq göstərilib.

Qeyd edək ki, cari ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssisləri üçün “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanları yaradılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: