Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Xurşud Banu Natəvanın geyimləri sərgidə nümayiş olunur
01.12.2016 13:56
  • A-
  • A
  • A+

Xurşud Banu Natəvanın geyimləri sərgidə nümayiş olunur

AMEA-nın Milli Aazərbaycan Tarixi Muzeyində təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisində görkəmli Azərbaycan şairəsi, xan qızı Xurşud Banu Natəvanın geyimləri ilk dəfə kompleks şəkildə nümayiş etdirilir. 

Xan qızının fondda mühafizə olunan yeddi geyimindən dördü nümayiş olunur. Bu geyimlər zərxaradan tikilmiş, boynu və yaxası baftalı köynəkdən, məxmərdən tikilmiş və qol ağzı güləbətin tikmə üsulu ilə bəzədilmiş nimtənədən, muncuq tikmə üsulu ilə bəzədilmiş başmaqdan ibarətdir. Sərgidə, həmçinin X.B.Natəvanın öz əli ilə tikdiyi yaxalıq da nümayiş olunur.

X.B.Natəvanın muzeydə mühafizə olunan şəxsi əşyaları haqqında məlumatlarla “Xan qızı”nın anadan olmasının 180 illiyinə həsr olunan “Xurşid Banu Natəvan-180” adlı kataloqda tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: