Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinə yeni eksponat daxil edilib
28.11.2016 12:54
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə yeni eksponat daxil edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəlinə aid, Avropa istehsalı olan ov tüfəngi daxil edilib.

Tüfəngin lüləsi dəmirdir, səkkiztillidir. Üzərində nəbati naxışları var.

Lülənin üzərində “1919” il tarixi qeyd olunub. Tüfəngin bərpaya ehtiyacı olduğundan bərpa işi muzeyin Bərpa laboratoriyasının rəssamı Tural Nəbiyev tərəfindən həyata keçirilib.

Hazırda tüfəng muzeyin silahlar və bayraqlar fondunda saxlanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: