Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Geologiya və Geofizika İnstitutunda “Geomexanika” mövzusunda növbəti seminar  keçirilib
24.11.2016 14:45
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda “Geomexanika” mövzusunda növbəti seminar keçirilib

Noyabrın 24-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” layihəsi çərçivəsində “Geomexanika” mövzusunda növbəti seminar keçirilib.

Tədbirdə layihənin rəhbəri, akademik Hətəm Quliyev “Yerin bərk nüvəsi haqqında yenilik” mövzusunda məruzə ilə çıxış edib. Vurğulanıb ki, Yerin quruluşunun və mühitinin tərkibinin nəzəri modelləri təzyiqin, sıxlığın, elastiki parametrlərin və hal tənliklərinin paylanması məlumatları əsasında formalaşıb. Bu qanunauyğunluqlar Yerin kütləsi, ətalət momenti, məxsusi rəqsləri, Yerin öz oxu ətrafında nutasiyası və seysmotomoqrafiya tədqiqatlarının nəticələri kimi inteqral meyarlara cavab verir.

Bildirilib ki, mexanikanın fundamental şərtlərinin pozulmasının mümkünlüyü, elastiki və fiziki parametrlərin Yerin daxilində paylanması məsələsinin həlli zamanı seysmogeoloji və laborator təcrübələrinin məlumatlarının emalı və geoloji şərhində nəzərə alınmasını zəruri edir.

Müvafiq mövzularda ingilis və rus dillərində hazırlanan məqalələr bir sıra nüfuzlu jurnallarda dərc olunmaq üçün qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: