Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Dilçilik İnstitutunda rusiyalı akademik Nikolay Kazanski ilə görüş keçirilib
24.11.2016 14:10
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda rusiyalı akademik Nikolay Kazanski ilə görüş keçirilib

Noyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Rusiya Elmlər Akademiyası Dilçilik Araşdırmaları İnstitutunun direktoru, akademik Nikolay  Kazanski ilə görüş keçirilib.

Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu rusiyalı alimi ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib, qarşılıqlı səfərlərin elmi əlaqələrin güclənməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra M.Nağısoylu qonağa “Azərbaycan dilinin orfoqrafiya lüğəti” və ”Türkologiya” jurnalını hədiyyə edib.

Akademik N.Kazenski Azərbaycan və Rusiya elmi əlaqələrin tarixi inkişaf yolundan danışıb, hər iki ölkənin dilçilik institutları arasındakı birgə fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyini qeyd edib.

Rusiyalı akademik, həmçinin institutun magistrləri ilə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: