Noyabrın 24-də saat 11:00-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək.
Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyidir.
Xatırladaq ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanmış əsərlər Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılmışdır.
Ünvan: Bakı şəhəri, Nizami küçəsi 58.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.