Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Nəbatat bağının əməkdaşı İsveçrədə ezamiyyətdə olub

AMEA Mərkəzi Nəbatat bağının əməkdaşı İsveçrədə ezamiyyətdə olub

AMEA Mərkəzi Nəbatat bağının kiçik elmi işçisi Fərid Seyfullayev İsveçrədə elmi ezamiyyətdə olub.

İsveçrə Federal İnstitutunun Dendroecologiya qrupunun rəhbəri Dr. Ulf Büntgenin dəvəti ilə baş tutmuş ezamiyyət müddətində F.Seyfullayev dendroxronologiya, oduncaq anatomiyası və paleoekologiya elmi sahəsində dünya şöhrətli alimlərlə görüşüb, müzakirələr aparıb.

Azərbaycanlı alim İsveçrənin Surix Universitetinin Coğrafiya Departamentinin Radiokarbon laboratoriyasında radiokarbon tarixləmə metodu ilə bağlı qısamüddətli kursda iştirak edib. Kursda ənənəvi metod vasitəsilə analizlər aparmaq üçün nümunələrin hazırlanması üsulları öyrənilib.

F.Seyfullayev, həmçinin Sürix Federal Texnologiya İnstitutunda da olub, Surix Universitetinin Geoxronologiya bölməsinin rəhbəri, professor Markus Eqli ilə görüşüb. Görüşdə Mərkəzi Nəbatat Bağı ilə birgə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, elmi ezamiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına baş tutmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: