Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Məhəmməd ağa Şahtaxtlının publisistikası" adlı monoqrafiya işıq üzü görüb
15.11.2016 11:14
  • A-
  • A
  • A+

"Məhəmməd ağa Şahtaxtlının publisistikası" adlı monoqrafiya işıq üzü görüb

Naxçıvan Bölməsinin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtlının publisistikası” adlı monoqrafiyası nəşr olunub.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik

İsa Həbibbəyli

dir.

Giriş və üç bölmədən ibarət olan monoqrafiyanın I fəslində görkəmli ədibin tərcümeyi-halının əsas dövrləri və elmi-publisistik irsinin öyrənilməsi tarixi elmi mənbələr, qiymətli faktlar əsasında tədqiq olunub.

Monoqrafiyanın II fəslində M.Şahtaxtlının XIX əsrin sonlarındakı publisistik fəaliyyəti o dövrün qəzet materialları əsasında nəzərdən keçirilib.

III fəsildə Azərbaycan ictimai fikir və mətbuat tarixində mühüm rol oynamış “Şərqi-Rus” qəzetinin publisistikasından bəhs olunur. Bu qəzetdə həm M.Şahtaxtlının, həm də digər görkəmli Azərbaycan ziyalılarının dərc olunmuş bədii və maarifçi-publisistik məqalələri xalqımızın mədəni inkişafında mühüm rol oynamışdır.

Qeyd edək ki, M.Şahtaxtlının həmin dövr publisistik yaradıcılığı üçün maarif və məktəb problemləri daha çox xarakterikdir. Kitabda M.Şahtaxtlının həmin dövrə aid zəngin publisistik fəaliyyəti tutarlı faktlar və materiallar əsasında tədqiq və təhlil olunub.

Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtlının publisistikası” monoqrafiyası ədəbiyyat və mətbuat tarixinin tədqiqi ilə məşğul olanlar üçün maraqlı tədqiqat obyektidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: