Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” monoqrafiyası nəşr edilib
20.10.2016 09:54
  • A-
  • A
  • A+

“Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” monoqrafiyası nəşr edilib

AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müidir, professor Nəriman İsmayilov, biologiya elmləri doktorları Afət Məmmədova və Nərminə Sadıqovanın həmmüəllifi olduqları “Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” kitabı çapdan çıxıb.

Kitab ekologiya və təbiətdən istifadənin əsaslarından bəhs edir. Suallar və cavablar şəklində təqdim olunan, innovativ xüsusiyyətləri ilə seçilən nəşrdə təqdim olunan illüstrasiyalar məlumatların daha yaxşı mənimsənilməsinə kömək edir.

Fundamental xarakter daşıyan bu dərslikdə biosfer və onun quruluşu ,müxtəlif ekosistemlərin (torpaq, atmosfer, su) xarakteri, şəhərlərin ekologiyası, insan ekologiyası, təbii fəlakətlər, kosmik ekologiya, ətraf mühitin çirklənməsi və digər aktual problemlər əksini tapıb.

Monoqrafiya, həmçinin görkəmli şəxslərin insan, təbiət, təbiətə qayğı və sevgi haqqında fikirləri ilə də zəngindir.

Dərslik ekologiya, təbiətdən istifadə istiqamətləri üzrə təhsil alan ali məktəb tələbələri, həmçinin ekologiya və ekoloji mədəniyyət kimi aktual məsələlərə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: