Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda kəhrizlərin monitorinqinin aparılması məqsədilə ekspedisiya təşkil olunub
13.10.2016 13:11
  • A-
  • A
  • A+

Azərbaycanda kəhrizlərin monitorinqinin aparılması məqsədilə ekspedisiya təşkil olunub

Məlum olduğu kimi, 2015-ci il  aprel ayının 22-də AMEA ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” niyyət sazişi  imzalanıb.

Sazişə əsasən, ölkə ərazisində yayılmış kəhrizlərdən içməli su və təsərrüfat məqsədi ilə istifadə vəziyyəti, sıradan çıxmış kəhrizlərin gələcəkdə bərpası, həmçinin bu su mənbələrindən səmərəli istifadə etmək üçün 2016-cı ilin iyul-avqust aylarında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy, Bərdə, Ağdam və digər rayonların ərazisində vaxtı ilə fəaliyyətdə olan, sonradan unudulmuş kəhrizlərin çöl tədqiqatı əsasında monitorinqi həyata keçirilib.

Monitorinq hər iki qurumun mütəxəssisləri tərəfindən aparılıb. Tədqiqat işinə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, a.e.d., prof. Əlövsət Quliyev rəhbərlik edib.

Hazırda ekspedisiya zamanı əldə edilmiş tədqiqat materiallarının təhlili aparılır. Yaxın günlərdə isə tədqiqatların yekun nəticələri barədə ətraflı məlumat veriləcəkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: