Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq tədqiqatlar aparılır
11.10.2016 09:19
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq tədqiqatlar aparılır

AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Türkiyənin Atatürk Universiteti və İtaliyanın Firenze di Studi Degli Universitetinin əczaçılıq bölməsinin alimləri ilə birgə tədqiqatlar aparırlar.

Tədqiqatın sintez bölümü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində Aşqarlar Kimyası İnstitutunda yerinə yetirilir. Belə ki, son bir ildə tsiklik tiokarbamid, pirimidintion, sulfamid və karboksilat əsaslı 50 yeni maddə sintez olunub, dörd mərhələdə Atatürk Universitetinə göndərilib.

Tədqiqatlara Aşqarlar Kimyası İnstitutunun gənc alimlərinin Türkiyə Atatürk Universitetində qısamüddətli təcrübə zamanı əldə olunan razılıq əsasında başlanılıb. İlkin nəticələr üç məqalə şəklində Böyük Britaniyanın yüksək impakt faktorlu “Journal Biological and Medical Chemistry” və “Journal of Enzyme Inhibition and Medicinal Chemistry” jurnallarında dərc edilib və iki məqalə hazırda nəşrdədir. Bir monoqrafiya isə Almaniyada çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: