Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2016 11:14
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anıldı

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anıldı

Oktyabrın 10-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) kollektivləri, eləcə də tanınmış alimlər, ictimaiyyətin nümayəndələri II Fəxri xiyabanda böyük şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirəsini ehtiramla yad ediblər. Alimin məzarı önünə əklillər qoyulub.

Mərasimdə AQUPDK-nın sədri Hicran Hüseynova professor Aida İmanquliyevanın mənalı və şərəfli ömür yolundan, zəngin elmi irsinin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Aida xanım həm böyük şərqşünas alim, təcrübəli pedaqoq, tərcüməçi, həm də nəcib, xeyirxah insan, gözəl, qayğıkeş ana idi. Onun həyat və fəaliyyəti nəsillərə ən layiqli örnəkdir.

Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva böyük alim Aida İmanquliyavanın elm, təhsil sahəsində qazandığı nailiyyətlərdən, bu sahəyə verdiyi dəyərli töhfələrdən bəhs edib. Qeyd olunub ki, Aida xanım dünyada tanınan böyük alim, fəal ictimai xadim idi. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun adı ilə bağlıdır. Ərəb mühacirət ədəbiyyatına dair Aida xanımın əsərləri dərin məzmunu, aktuallığı və əhəmiyyətinə görə daim diqqəti cəlb edir.

Professor Aida İmanquliyevanın əsərlərinin, onun haqqında kitabların nəşr olunduğunu qeyd edən G.Baxşəliyeva alimin əziz xatirəsinin ürəklərdə yaşadığını, daim uca tutulduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: