Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İrəvan xanlığının tarixi” adlı albom-kataloq işıq üzü görüb
31.01.2014 00:00
  • A-
  • A
  • A+

“İrəvan xanlığının tarixi” adlı albom-kataloq işıq üzü görüb

AMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Elmi Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Zemfira Hacıyevanın “İrəvan xanlığının tarixi” adlı albom-kataloqu çapdan çıxıb.

Kataloqun Azərbaycan, rus və ingilis dillərində yazılmış giriş məqaləsində İrəvan xanlığının tarixi öz əksini tapıb. Kataloqda İrəvan xanlığına dair geniş elmi bilgilərlə yanaşı, 133 foto və xəritə də yer alıb.

Müəllif giriş məqaləsində qeyd edir ki, orta əsr şəhəri İrəvanın tarixi haqqında ilk məlumatlara məşhur türk səyyahı–coğrafiyaçı Övliya Çələbinin “Səyahətnamə” (“Səyahətlər kitabı”) kitabında rast gəlinir. Orada müəllif bu yaşayış məntəqəsinin yaranma tarixini XV əsrin əvvəllərinə aid edib.

Nəşrdə İrəvanın xanlıq dövrünə aid geniş bilgilər verilib. Kitabda şəhərin ictimai-siyasi, sosial və mədəni həyatına dair dəyərli məlumatlar yer alıb. “İrəvan xanlığının tarixi” kataloqunun bir mühüm özəlliyi də bu qədim yurd yerinin əzəli Azrbaycan torpağı olmasını isbat edən tarixi sənədlərdən çıxarışların, sitatların verilməsidir.

Qeyd edək ki, Zemfira Hacıyeva Azərbaycan, o cümlədən Qarabağ və İrəvan xanlıqlarının tarixinə dair bir neçə kitabın müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: