www.science.az
06.10.2016 16:02

“AMEA-nın Mikrobiologiya İnstitutunun elmi əsərlər toplusu" nəşr olunub

Mikrobiologiya İnstitutu tərəfindən nəşr olunan və institut əməkdaşlarının illik elmi əsərlərini, monoqrafiyalarını, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunan yazılarını əhatə edən “AMEA-nın Mikrobiologiya İnstitutunun elmi əsərlər toplusu" işıq üzü görüb.

Kitab institutun Elmi Şurasının qərarı ilə 2003-cü ildən nəşr edilir.

Toplu institutun 2016–cı ildəki elmi axtarışlarının məcmusu kimi mikrobiologiya elminin müasir nailiyyətlərini özündə əks etdirir və gələcəkdə elmi axtarışlarda inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyətə malikdir.

Nəşrdə institutun 2016-cı il üçün elmi nəşrlərinin statistikasını aydın görmək mümkündür. 

Kitab müxtəlif elmi-tədqiqat institutlarında və ali məktəblərdə mikrobiologiya, mikologiya, eləcə də ümumi biologiya və ekologiya sahələrində aparılan elmi tədqiqat işlərinin materialları əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.