Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəbərlər” jurnalının yeni sayı işıq üzü görüb
05.10.2016 13:40
  • A-
  • A
  • A+

“Xəbərlər” jurnalının yeni sayı işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən “Tusi” nəşriyyatında ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan “Xəbərlər” jurnalının bu ilə olan üçüncü -“İctimai və humanitar” elmlər seriyası işıq üzü görüb.

Naxçıvan Bölməsində, habelə digər elm, təhsil müəssisələrində çalışan alim və ziyalılarımızın müxtəlif sahələrdə uzun müddət apardıqları araşdırmalar, əldə etdikləri elmi-tədqiqat materialları əsasında dərc olunan jurnalın yeni sayında ictimai və humanitar elmlərin bütün sahələrini əhatə edən elmi məqalələr Tarix, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Ədəbiyyat və Folklor, İncəsənət, İqtisadiyyat bölmələrində işıqlandırılıb.

Jurnalda “Naxçıvan Azərbaycan Atabəylər dövlətinin mərkəzlərindən biri kimi”, “Əlincəçay körpüləri”, “Azərbaycanın Zəngəzur qəzasına Ermənistanın əsassız ərazi iddiaları və onun ağır nəticələri”, “Sovet Rusiyasının Cənubi Qafqazda milli siyasəti və Naxçıvan məsələsi”, “Muxtariyyətin əldə olunmasında Naxçıvanlı diplomatların fəaliyyəti”, “Naxçıvanda orta tunc dövrünün yeni yaşayış yeri və qəbir abidələri”, “Azərbaycan səhnəsinin ilk qadın aktyorları”, “Kənd təsərrüfatının maliyyə təminatında bank sektorunun xidmətləri” və digər mövzularda məqalələr yer alıb.

Məqalələrdə külli miqdarda qaynaqlara və müxtəlif dövrlərdə yaşamış müəlliflərin əsərlərinə istinad edilib. Hər bir müəllifin istifadə etdiyi mövzu ilə bağlı elmi mənbələrə istinadları yeni nəşrin ədəbiyyat siyahısında göstərilib.

Qeyd edək ki, jurnalda məqalələrin rus və ingilis dillərində xülasələri də dərc olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: