www.science.az
04.10.2016 10:42

“Tozvari materialların dənəvərləşməsinin nəzəriyyəsi və praktikası” kitabı nəşr olunub

AMEA-nın akademik M.Nağıyev adina Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Tozvari materialların dənəvərləşməsinin nəzəriyyəsi və praktikası” kitabı rus dilində nəşr olunub.

Kitab müxtəlif təbiətli tozvari materialların dənəvərləşməsi prosesinin nəzəri analizi, modelləşməsi, aparat tərtibatı və layihələşdirilməsinə həsr olunub. Yeni nəşrdə geniş fiziki və fiziki-kimyəvi hadisələr spektrində müəyyən ölçülü, formalı və quruluşlu hissəciklərin modelləşmə prosesləri izah edilir.

Kitab elmi işçilər, texnoloqlar, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.