Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın nümayəndələri İsveç Krallığında ezamiyyətdədir
29.09.2016 13:02
  • A-
  • A
  • A+

AMEA-nın nümayəndələri İsveç Krallığında ezamiyyətdədir

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov və Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva sentyabrın 25-dən İsveçin Uppsala şəhərində elmi ezamiyyətdədir.

Məqsəd AMEA və Avropa Komissiyasının Erasmus+ proqramının birgə əməkdaşlığı ilə həyata keçirilən “Nizami” layihəsi çərçivəsində Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsilinin tələblərinə uyğun yenidən qurulması məsələlərini müzakirə etməkdir.

Səfər 29 sentyabr 2016-cı il tarixinədək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: