Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Alimlərimiz “Şərq numizmatikası” mövzusunda konfransda iştirak edirlər
27.09.2016 13:54
  • A-
  • A
  • A+

Alimlərimiz “Şərq numizmatikası” mövzusunda konfransda iştirak edirlər

Sankt-Peterburqda Dövlət Ermitajı muzeyində “Şərq numizmatikası” mövzusunda konfrans keçirilir.

Konfransda ölkəmizi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, professor Əli RəcəbliHüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov və Sankt-Peterburqda yaşayan soydaşımız, tarix elmləri namizədi Anar Sadıqov təmsil edir.

Alimlərimizin konfransda iştirakı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin göstərişinə əsasən, Rusiyadakı səfirliyimizin və Sankt-Peterburqdakı baş konsulluğumuzun birgə səyləri nəticəsində reallaşıb.

Sentyabrın 29-dək davam edəcək konfransda Əli Rəcəblinin “XVII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında sikkələrin kəsilməsi və pul dövriyyəsi” mövzusunda məruzəsi dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: