Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2016 09:24
  • A-
  • A
  • A+

AMEA elm və texnologiya parkları üzrə dünya konqresində təmsil edilib

AMEA elm və texnologiya parkları üzrə dünya konqresində təmsil edilib

AMEA-nın Təcrübə-Sənaye Zavodunun ərazisində fəaliyyət göstərən Elm və Texnologiya Parkının Marketinq sektorunun müdiri Sənan Abdullayev 19-22 sentyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ezamiyyətdə olub.

Səfərin məqsədi elm və texnologiya parklarının ən böyük beynəlxalq birliyi olan “Elm Parkları və İnnovasiya Əraziləri üzrə Beynəlxalq Assosasiya”nın (IASP) 33-cü Dünya Konfransında AMEA-nın Elm və Texnologiya Parkının təmsil edilməsi idi.

Qeyd edək ki, 2016-cı ildən etibarən IASP-nin assosiativ üzvü seçilmiş AMEA adıçəkilən Dünya Konfransı silsiləsində ilk dəfə iştirak etmək hüququ əldə edib.

33-cü Dünya Konfransının məqsədi dünyanın 400-dən artıq elm və texnologiya parkının nümayəndələri arasında ən son elmi-texnoloji və innovativ layihələrin inkişaf etdirilməsi və elmin kommersiyalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının artırılması idi.

Tədbirdə S.Abdullayev AMEA-da elm parkının qurulması üzrə görülən müvafiq işlər barədə təqdimatla çıxış edib. Bundan əlavə, S.Abdullayev Rusiya, Türkiyə, Braziliya, Qazaxıstan, Böyük Britaniya, İran, Kanada və digər ölkələrin müxtəlif elm və texnologiya parkları ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, konfransda Azərbaycandan IASP-nin yeganə iki üzvü kimi AMEA və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan Yüksək Texnologiyalar Parkı iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: