Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.09.2016 09:23
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Avropa Seysmoloji Komissiyasının iclasında iştirak ediblər

Azərbaycan alimləri Avropa Seysmoloji Komissiyasının iclasında iştirak ediblər

Sentyabrın 4-dən 11-dək İtaliyanın Trieste şəhərində Avropa Seysmoloji Komissiyasının 35-ci Baş Assambleyası keçirilib.

Baş Assambleyanın iclasında AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin QədirovRespublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, Ukrayna Elm və Texnologiya Mərkəzinin (STCU) Azərbaycanda nümayəndəsi, Yer elmlər üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və RSXM-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Beynəlxalq tədbirdə akademik Fəxrəddin Qədirovun “Qravitasiya sahəsində variasiyalar, qabarma-çəkilmələr və zəlzələlər (Böyük Qafqaz, Azərbaycan)”, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “2005-2015-ci illər dövründə Azərbaycanda baş vermiş güclü zəlzələlərin ocaq və dinamik parametrləri” və Yer elmlər üzrə fəlsəfə doktoru, dosent Qulam Babayevin “Abşeron-Balxanyanı tektonik strukturu boyunca neft-qaz yataqlarının seysmikliyinin zaman klasterin təhlili (Azərbaycan)” mövzularında məruzələri dinlənilib. 

Tədbirin əsas məqsədi dünyanın Yer elmləri üzrə tədqiqatçılarını bir araya toplamaq və fikir mübadiləsi əsasında yeni elmi yeniliklər əldə etmək idi.

Konfrans çərçivəsində carı ilin avqust ayında İtaliyanın mərkəzində baş verən dağıdıcı Amatriçe zəlzələsinə aid ayrıca növbədən kənar seksiya keçirilib.

Tədbirdə, həmçinin Yer elmləri sahəsində olan aktual problemlər, zəlzələlərin proqnozu və əmələgəlməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, dünya ölkələrindən çoxsaylı seysmoloq alim və mütəxəssislərin iştirak etdikləri Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının iclasları iki ildən bir təşkilata üzv olan ölkələrdə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: