Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.09.2016 14:14
  • A-
  • A
  • A+

YUNESKO-nun nümayəndəsi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

YUNESKO-nun nümayəndəsi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Kafedralar Şəbəkəsinin rəhbəri, professor Amnon Karmi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.

İnstitutun direktoru, akademik İradə Hüseynova qonağa rəhbərlik etdiyi müəssisənin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, institutun yaranmasında mərhum akademik Cəlal Əliyevin misilsiz xidmətləri olmuşdur.

Sonra professor A.Karmi institutun laboratoriyaları, orada aparılan tədqiqatlarla yaxından tanış olub.

Görüşdən sonra bu elm müəssisəsinin akt zalında professor Amnon Karminin iştirakı ilə seminar  keçirilib.

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Fiziologiya, Zoologiya, Hüquq və İnsan Haqları, Genetik Ehtiyatlar institutlarının, Azərbaycan Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutu, AR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri iştirak ediblər.

Seminarda akademik İradə Hüseynova Azərbaycanda YUNESKO-nun “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” üzrə Milli Komitəsinin yaradılmasında mərhum akademik Cəlal Əliyevin rolundan danışıb, bioetika elminin müasir dövrdə əhəmiyyəti, bu sahədə aparılan tədqiqatlar və perspektivlər barədə məlumat verib. Natiq qeyd edib ki, akademik Cəlal Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan MDB məkanında bu komitənin yaradıldığı üçüncü ölkə olmuşdur.  

Professor Amnon Karmi də öz növbəsində YUNESKO-nun Bioetika kafedraları haqqında məlumat verərək, 5 qitədə 120 Bioetika Mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Azərbaycanda “Bioetika, Elm Biliklərin və Texnologiyaların etikası” üzrə Milli Komitənin fəaliyyətini yüksək qiymətləndirən A.Karmi komitənin yaradılmasının əhəmiyyətindən danışıb.

Sonra professor A.Karmi seminar iştirakçılarının suallarını cavablandırıb.

Seminarın sonunda “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” üzrə Milli Komitənin sədr müavinləri - akademik İradə Hüseynova və tibb üzrə elmlər doktoru Vüqar Məmmədov bioetika ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib və məruzəyə görə professor Amnon Karmiyə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: