Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan torpağına türbət demişəm” kitabı işıq üzü görüb
06.09.2016 10:27
  • A-
  • A
  • A+

“Azərbaycan torpağına türbət demişəm” kitabı işıq üzü görüb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundovun tərtibi ilə “Azərbaycan torpağına türbət demişəm” adlı kitab işıq üzü görüb.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və həmin vaxt baş verən hadisələrin fəal iştirakçısı, Zaqafqaziya Seyminin və Azərbaycanın Milli Parlamentin üzvü olmuş, İstiqlal Bəyannaməsində imzası olan Hacı Mirzə Səlim Axund Axundzadənin mühacirətdə olarkən qələmə aldığı “Xatiratdır”. Yeni nəşrdə müəllifin əlyazmasının surəti, əlyazmanın latın qrafikasına çevrilmiş mətni  verilib.  

Əlyazmanı  təqdim edən Zahir Axundzadə, ərəb qrafikasından latın qrafikasına çevirən və fars dilindən sənədləri tərcümə edən Məhəmməd Muxtaridir.

Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülşən Axundovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: