Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

ABŞ-ın Konqres Kitabxanası tərəfindən AMEA-ya multikulturalizmdən bəhs edən növbəti kitab hədiyyə edilib
01.09.2016 14:40
  • A-
  • A
  • A+

ABŞ-ın Konqres Kitabxanası tərəfindən AMEA-ya multikulturalizmdən bəhs edən növbəti kitab hədiyyə edilib

ABŞ-ın Konqres kitabxanası tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq kitab mübadiləsi çərçivəsində Chichester Universitetinin sosiologiya üzrə professorları Carolene Ayakaİan Haugenin multikulturalizmdən bəhs edən “Representing Multiculturalism in Comics and Graphic Novels” kitabı hədiyyə olunub.

Kitabda müxtəlif mədəniyyətlər çərçivəsində xüsusi mədəni stereotiplərə uyğunlaşmayan xarakterlər və onlar arasında münasibətlər komik nöqteyi-nəzərdən təqdim edilir. 2015-ci ildə nəşr olunan kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində də böyük maraq doğurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: