Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Varşavada tədqiqat aparırlar
24.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Varşavada tədqiqat aparırlar

AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, b.ü.f.d Səidə Şərifova və doktorant Cəmalə Mürsəlova Polşada elmi ezamiyyətdədirlər. Məqsəd Erasmus Mundus 2-ci Fəaliyyət Proqramı çərçivəsində Varşava Təbiət Elmləri Universitetinin Bitki Seleksiyası, Genetikası və Biotexnologiyası şöbəsində tədqiqat işləri aparmaqdır.

Gənc alimlər apardıqları tədqiqatla bağlı təşkil olunmuş seminarlarda çıxış ediblər. S.Şərifova “Genetik Ehtiyatlar İnstitutu: fəaliyyət və nailiyyətləri” mövzusunda məruzəsində institutda aparılan tədqiqat işləri, beynəlxalq əlaqələr, son 5 ildə əldə olunan nəticələr barədə məlumat ətraflı verib. C.Mürsəlova isə öz tədqiqat işi, AGRİ-CİMMYT layihəsi və əldə olunmuş ilkin nəticələrdən söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: