Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ABŞ-ın Konqres Kitabxanası tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına multikulturalizmlə bağlı kitab hədiyyə edilib
18.08.2016 11:25
  • A-
  • A
  • A+

ABŞ-ın Konqres Kitabxanası tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına multikulturalizmlə bağlı kitab hədiyyə edilib

Beynəlxalq kitab mübadiləsi çərçivəsində ABŞ-ın Konqres Kitabxanası tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına Almaniyanın Humboldt Universitetinin Afrika tarixi üzrə tədqiqatçısı Julia Tisçlerin multikulturalizmdən bəhs edən kitabı hədiyyə olunub.

Bildirilib ki, kitabda 1950-ci illərin sonlarında Afrikada o dövr üçün ən məşhur layihələrdən biri hesab edilən, bugünkü Zambiya və Zimbabve arasındakı Zambezi çayı üzərində “Kariba” su anbarının tikintisində iştirak etmiş müxtəlif irqə, mədəniyyətə mənsub millətlərin birgə fəaliyyəti və yaşayışı təsvir edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: