Britaniyalı Deniyel Edvards tərəfindən plastik butulkaları mürəkkəb kimi istifadə edən “Renegade” adlı qələm ixtira edilib.
Dəstdə qələmlə yanaşı plastik butulkaları 3-12 millimetr endə zolaqlara doğrayan qurğu da daxildir. Doğranmış lentlər qələmin daxilinə yerləşdirilir və orada onlar qızdırılaraq əridilir. 3D-qələmdə konusvari ekstruder tətbiq edilib.
Qələmin daxilindəki temperaturu nizamlayaraq 50 dərəcədən 320 Selsi dərəcəyə qədər artırmaq mümkündür. 3D qələmin tətbiqində PET-butulkalarla yanaşı polilaktid, ABS-plastik, neylon, termoplastik elastomer, HIPS-plastik və digər materiallardan da istifadə etmək olar.