Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasının boş qalan plan yerlərinə qəbul olanların nəzərinə!
16.08.2016 16:49
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasının boş qalan plan yerlərinə qəbul olanların nəzərinə!

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasının boş qalan plan yerlərinə qəbul olanlar  2016-cı il avqustun 16-dan avqustun 25-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər:

-  Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə;

-  Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

-  Bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış təqdim etməlidirlər);

- 3x4 sm ölçüdə yeni çəkilmiş 4 ədəd fotoşəkil.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

Ünvan: Bakı şəh., H.Cavid pros. 115, AMEA-nın Əsas binası, otaq 138.

Tel: (+994 12) 539 20 68

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: