Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları qrant layihələrin qalibi olublar
23.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları qrant layihələrin qalibi olublar

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin əməkdaşları qrant layihələrin qalibi olublar. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Telman Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin qalibi olub.

T.Qasimov müsabiqədə “Regional ekoloji monitorinq mərkəzi sisteminin riyazi modelləşdirilməsi və proqram təminatı “ layihəsi ilə iştirak edib.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Vəfa Məmmədova isə EİF-in elmi-tәdqiqat proqramları, layihәlәr vә digәr elmi tәdbirlәrin maliyyәlәşdirilmәsi mәqsәdi ilә qrantların verilmәsi üzrә 2013-cü ildә Gәnc alim vә mütәxәssislәrin 2-ci qrant müsabiqəsinin qalibi olub. O, müsabiqədə “Xüsusi törəməli parabolik və elliptik tipli tənliklər üçün bəzi yeni aradan qaldırıla bilən məxsusiyyət məsələləri” adlı layihə ilə iştirak edib. İnstitutun digər əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqova “Çəkili Smirnov siniflərində Faber çoxhədlilərindən ibarət bazislər” layihəsi ilə qalib olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: