Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.08.2016 11:40
  • A-
  • A
  • A+

Cəlilabadda qədim tarixi olan küp qəbir aşkar edilib

Cəlilabadda qədim tarixi olan küp qəbir aşkar edilib

Cəlilabad rayonunun Şatırlı kənd sakini Anar Qasımovun həyətyani torpaq sahəsində qədim tarixi olan küp qəbir aşkar edilib.

Küp qəbirdən insan sümükləri ilə yanaşı, 70-dən çox müxtəlif rəngli və ölçülü bəzək əşyaları aşkarlanıb.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, 80 santimetr diametrində olan küpün içərisində balıqqulağından hazırlanmış bəzək əşyalarının da olması faktına cənub bölgəsində bu növ qəbirlərdə ilk dəfədir ki, rast gəlinir. Onun qənaətincə, tapılmış insan sümükləri 9-12 yaşlı qız uşağına aiddir.

Aşkar edilmiş maddi-mədəniyyət nümunələri araşdırılmaq məqsədilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: