Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədris metodikası” dərsliyi yenidən nəşr olunub
08.08.2016 13:04
  • A-
  • A
  • A+

“Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədris metodikası” dərsliyi yenidən nəşr olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən “Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədris metodikası” adlı dərs vəsaiti əlavələr edilərək yenidən nəşr olunub.

Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, professor Firədun İbrahimovun müəllifi olduğu dərs vəsaitində müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında riyaziyyatın tədrisi metodikasının pedaqoji elm sahəsi kimi predmeti, tədqiqat metodları, fənn kimi məqsədi, məzmunu və vəzifələri, riyaziyyat təliminin strategiyaları, qiymətləndirmə mexanizmlərinin tətbiqi, əsas və alt məzmun xətlərində ehtiva olunan elementlər və onların əsas xüsusiyyətləri, ümumtəhsil məktəbinin V-VIII siniflərinin nümunəsində məzmun standartlarının reallaşdırma fəlsəfəsi müfəssəl şəkildə şərh olunur.

Nəşrin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov, rəyçiləri professor Seyidağa Həmidov və riyaziyyat üzrə elmlər doktoru Rafiq Rasulovdur.

Dərs vəsaiti pedaqoji təmayüllü ali məktəblərdə, universitetlərdə “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr, riyaziyyat müəllimləri, həmçinin magistr və doktorantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: