Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şamaxı Astrofizika Rəsədxanasına astronomik ekskursiyalar təşkil olunur
29.07.2016 09:59
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasına astronomik ekskursiyalar təşkil olunur

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyət göstərən astronomik muzey və teleskoplarla yaxından tanış olmaq üçün ekskursiyalar təşkil olunur. Ekskursiyalar gündəlik olaraq saat 11:00, 14:00 və 16:00-da keçirilir.

Gecə vaxtı ekskursiya üçün nəzərdə tutulmuş teleskopla göy cisimlərinə baxmaq hava şəraitindən asılı olaraq təşkil olunur.

Qeyd edək ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb və 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Əlaqə nömrəsi: (+994 51) 454 94 64.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: