Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın ilk impakt faktorlu “Applied and Computational Mathematics” jurnalı elmimizi layiqincə təmsil edir
26.07.2016 10:36
  • A-
  • A
  • A+

Azərbaycanın ilk impakt faktorlu “Applied and Computational Mathematics” jurnalı elmimizi layiqincə təmsil edir

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (“Tətbiqi və Hesablama Riyaziyyatı”) jurnalı elmimizi layiqincə təmsil edir.

Qeyd edək ki, bu nəşr "Thomson Reuters" bazasına daxil edilən və impakt faktor almış Azərbaycanın ilk elmi jurnalıdır. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. 

“Thomson Reuters” Agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş "Applied and Computational Mathematics" jurnalının uğuru redaksiya heyətinin üzvləri tərəfindən sevinclə qarşılanıb. Bu münasibətlə redaksiyaya ABŞ, İtaliya, Polşa, İsveç, Pakistan, Ukrayna, Misir və s. dövlətlərdən daxil olan məktublarda jurnalın uğurlu fəaliyyəti yüksək qiymətləndirilib, redaksiya heyətinə və alimlərə təbriklər ünvanlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: